RU
Ukraynada azərbaycanlı girov götürüldü
18:14
1013

Ukraynada azərbaycanlı girov götürüldü

Polis əməliyyat keçirib.

Ukraynanın Vinnitski vilayətinin polis işçiləri Azərbaycan vətəndaşının azad edilməsi üzrə uğurlu əməliyyat keçiriblər.

7News.Az xəbər verir ki, bu barədə Vinnitski vilayətinin Milli polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları Vinnitski vilayətinin iki sakinini saxlayıblar, onlar mart ayının 6-da Nemirovda Azərbaycan vətəndaşını oğurlayıblar.

Onun azadlığa buraxılması müqabilində cinayətkarlar onunla birgə yaşayan qadından 10 min qriven istəyiblər.

Martın 6-da Nemirov polis bölməsinə müraciət edən qadın axşam saat on radələrində Nemirov küçəsində naməlum şəxslər güc tətbiq edərək onun ərini oğurladıqlarını deyib.

Vilayət polisinin rəhbəri Anton Şevtsvov bildirib ki, hüquq mühafizəçilər oğurlanan şəxsin azad edilməsi istiqamətində uğurlu əməliyyat həyata keçiriblər və onun oğurlanmasına aidiyyatı olan iki nəfəri saxlayıblar.

Martın 7-də pullar cinayətkara verilərkən Azərbaycan vətəndaşı əməliyyatçılar tərəfindən azad edilib.

Saxlanılan şəxslər Vinnitski xutorları kəndinin işsiz sakinləri olub.

Zərrəçəkənlə onlar təsadüfən şəhərin küçəsində qaşılaşıblar. Söhbət zamanı onun xarici ölkə vətəndaşı olduğunu biliblər və onu sonradan pul müqabilində azad etmək məqsədi ilə oğurlayıblar.

Güc tətbiq edərək onu maşına oturdublar, hara aparıldığını görməməsi üçün isə başına maska keçiriblər. Oğurlanan adamı bir gecə cinayətkarların birinin yaşadığı evdə saxlayıblar. Onu döyüblər və pul almayacaqları təqdirdə öldürməklə hədələyiblər.

Saxlanılan zaman polis əməkdaşları cinayətkarların maşınından maska, bir bağlama çətənə, taxta dəyənək aşkar ediblər.

Cinayətkarlar 10 ilə qədər azadlıqdan məhrum edilə və əmlakları müsadirə edilə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ