Ukraynanın Xarkov şəhərində polis zərgərlik mağazasına hücumda şübhəli bilinən altı nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Bununla bağlı Ukrayna polis rəisinin birinci müavini Vyaçeslav Abroskin məlumat verib.
Onun sözlərinə görə, hadisə yanvarın 19-da Denropetrovsk vilayətində baş verib. Azərbaycanlılar mağazaya daxil olaraq, oranı qarət edib.
Saxlanılma zamanı onların üzərindən 1,5 kiloqram qızıl-zinət əşyaları və odlu silah götürülüb. /oxu
7News.Az








