RU
Ukraynada azərbaycanlı tələbə 7-ci mərtəbədən düşərək ölüb - FOTO
09:36
537

Ukraynada azərbaycanlı tələbə 7-ci mərtəbədən düşərək ölüb - FOTO

Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

Hadisə dünən səhər baş verib.

Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.

Tələbə yoldaşlarının bildirdiyinə görə, onlar onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur./apa

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ