RU
Ukraynada azərbaycanlı tələbənin qatili saxlanılıb – YENİLƏNİB
16:15
281

Ukraynada azərbaycanlı tələbənin qatili saxlanılıb – YENİLƏNİB

Krımın Simferopol şəhərində öldürülən azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin qatilinin kimliyi və hadisənin səbəbi məlum olub.

7News.az xəbər verir ki, Krım Azərbaycanlıları Gənclər Təşkilatının rəhbəri Firudin Orucov bildirib ki, artıq hadisəni törətməkdə şübhəli bilinən şəxsi Simferopol polisi yaxalayıb.

Saxlanılan şəxs Krım Federal Universitetinin Fəlsəfə fakültəsinin I kurs tələbəsi, İran İslam Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Məhəmməd Şahdır. M.Səfərəliyev isə həmin universitetin Hüquq fakültəsinin magistratura pilləsində təhsil alıb, Məhəmməd Şah ilə eyni yataqxanada qalıb:

"Təxminən bir ay əvvəl iranlı tələbənin otağında onlar arasında mübahisə yaranıb, gənclər əlbəyaxa olublar. İstintaqın versiyasına görə, buna səbəb iranlı tələbənin azərbaycanlı tələbənin yataqxanadakı otağını zəbt etməsidir. Növbəti dəfə də eyni səbəbdən onlar arasında mübahisə yaranıb və iranlı tələbə Məhəmmədə arxadan bıçaqla bir neçə zərbə endirib. Ağır xəsarət alan həmyerlimiz ölüb”.

Hazırda Krım Federal Tədqiqat Xidmətinin Simferopol Şöbəsi və Daxili İşlər Nazirliyinin Şəhər Şöbəsi birgə istintaq qrupu yaradıb. Hadisə ilə bağlı etnik zəmində hər hansı insidentin baş verməməsi üçün tədbirlər görülür./apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ