RU
Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı vətənə gətirilib
18:03
138

Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı vətənə gətirilib

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 7NEWS.Az-a bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar.
Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.
 
 
 7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ