RU
Ukraynada döyüşən kadırovçulardan gözlənilməz ETİRAF - VİDEO
23:45
1449

Ukraynada döyüşən kadırovçulardan gözlənilməz ETİRAF - VİDEO

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin gedişatında Kadırovçular kimi qruplaşmanın döyüşçüləri gözlənilməz etiraf ediblər.

Bununla bağlı görüntülər teleqramda yayılıb. 

Kadırovçular yayımladıqları müraciətdə bildiriblər ki, Mariupolun məhv edilməsi əməliyyatı başa çatıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov da Mariupoldakı vəziyyətdən yazıb və şəhərin millətçilərdən azad edildiyini bildirib.

"Mariupol bizimdir. Şəhər tamamilə və dönməz şəkildə alınıb. Bütün ərazi sistematik olaraq millətçilərdən, Banderadan, şeytanlardan və bütün qalan zibillərdən təmizlənib", - o, Teleqram kanalında yazıb.

Çeçenistan rəhbəri əlavə edib ki, qoşunlar zavodun strateji əhəmiyyət daşıyan inzibati binasını nəzarətə götürüb və Ukrayna Silahlı Qüvvələrinin hissələri "zavod ərazisində qalın beton və dəmir təbəqəsi altında qalıb.

 O, əminliklə bildirib ki, bu divarlar onların son sığınacaqları olacaq./olke

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ