RU
Ukraynada erməni azərbaycanlını amansızlıqla öldürdü
16:11
513

Ukraynada erməni azərbaycanlını amansızlıqla öldürdü

Ukraynanın Kirovoqrad vilayətinin Kropivnitskiy şəhərində Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlüBoqdasaryan Aznavur Eduardoviç avtomat silahla Azərbaycan vətəndaşı, 1972-ci il təvəllüdlü Əsgərov Əlövsət Cabir oğlunu gülləbaran edərək öldürüb.

7News.Az Report-a istinadən məlumat verir ki, yerli polis tərəflər arasında yaranan mübahisənin sonda etnik zəminə keçdiyini bildirib.

Ə.Əsgərov Boqdasaryanın etnik zəmində təhqirlərinə dözməyərək, ona zərbələr endirib.

Buna cavab olaraq Ermənistan vətəndaşı avtomobilindəki avtomat silaha əl ataraq açdığı atəş nəticəsində silahın darağındakı bütün güllələri həmyerlimizin bədəninə boşaldıb.

Hadisəni törədən A.Boqdasaryan hadisə yerindən qaçıb, polis onu axtarır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ