Ukraynada erməni ittifaqının rəhbəri Artaşes Sarqsyana qarşı sui-qəsd törədilib.
Bu barədə ittifaqın vitse-prezidenti Rudolf Akopyan məlumat verib. Onun sözlərinə görə, insident Zaparoje vilayətində Şevçenko bulvarında baş verib. Bildirilir ki, Sarqsyan avtomobilindən düşən zaman atəşə tutulub. Bu zaman cangüdəni onu qorumaq üçün qabağa atılıb və qarnından yaralanıb. İttifaq rəhbəri isə gizlənmək üçün ofisə qaçıb.
Hadisənin səbəbini bilmədiklərini söyləyən Akopyan "Biz sui-qəsdin nə ilə əlaqəli olduğunu bilmirik. İttifaqımızın üzvləri qeyri-qanuni fəaliyyət göstərmirlər. Görünür, biz şəhərdə kimlərisə narahat edirik”-, deyib./qafqazinfo
7news.Az








