RU
Ukraynada hərbi anbarda partlayış - Video
10:30
517

Ukraynada hərbi anbarda partlayış - Video

Ukraynanın Vinnitskaya vilayətində yerləşən hərbi anbarda partlayış baş verib.

7news.Az "unian.net”ə istinadən xəbər verir ki, insident Kalinkovka şəhərində qeydə alınıb. Partlayış nəticəsində yanğın qeydə alınıb.

Hazırda polis və milli qvradiya şəhərə girişi bağlayıb. Hüquq-mühafizə orqanları çəhər və ona yaxın ərazilərdəki insanların təxliyyəsini həyata keçirir.

Bundan əlavə 50 km radiusda hava məkanı bağlanılıb. Qatarların bu şəhərdən keçən marşrutları dəyişdirilib.

Şəhər rəhbərliyi hadisənin nəzarət altında olduğunu və əhalinin həyatı üçün təhlükənin olmadığını vurğulayıb.

Yanğın nəticəsində xəsarət alanların olmadığı vurğulanıb.

Yanğının Müdafiə Nazirliyinin A-1119 saylı hərbi hissəsində qeydə alındığı bildirilir. Hərbi anbarda 188 min ton hərbi sursat olub. Onların arasında "Smerç", "Uraqan" və "Qrad" tipli raketlər də var.


 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ