RU
Ukraynada hərbi çağırış yaşı artırılır
00:20
422

Ukraynada hərbi çağırış yaşı artırılır

Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, yaxın zamanlarda səfərbərlik elan etmək niyyətində deyil. Lakin hərbi çağırış yaşı 20 yaşadək artırılacaq və bu barədə yekun qərar verilib.

Bu barədə Poroşenko bazar günü telejurnalistlərlə görüşdə bəyan edib.

“Çağırışdan imtina etməyə hazırlaşırıqmı? Mən çox qeyri-populyar cavab verəcəm – xeyr”, - Poroşenko müsahibəsində deyib.

“Çağırışçılar Donbasda hərbi əməliyyatlar zonasına düşməyəcəklər, orduda müqavilə əsasında xidmət artırılacaq”, - o əlavə edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ