Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda "Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı./Report
7News.Az








