RU
Ukraynada logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib
23:00
2533

Ukraynada logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib

Rusiya Silahlı Qüvvələri son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan logistika mərkəzini və orada olan böyük sayda xarici silah partiyasını məhv edib.

7NEWS.Az "TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, səhər saatlarında Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli raketləri Lvov vilayətində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirib.

"Son 6 gün ərzində ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən logistika mərkəzi və böyük sayda xarici silahlar məhv edilib", - Konaşenkov vurğulayıb.

O, əlavə edib ki, Rusiya raket qüvvələri və artilleriyası Ukraynanın 331, Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası isə 84 hərbi obyektə zərbələr endirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ