Ukrayna müdafiəçiləri Cənubi Osetiyadan olan "Fırtına. Osetiya” ("Ştorm. Osetiya”) tağımının hərbçiləri və komandir müavini Texov Ayvenqonu zərərsizləşdiriblər.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Ukraynanın Zaporojye istiqamətində baş verib.
Məlumata görə, 31 yaşlı Texov Ayvenqo Rusiyanın işğal etdiyi Gürcüstan ərazisində "jurnalist” işləyib. Rusiya Prezidenti Vladimir Putin onu mükafatlandırıb. "Fırtına. Osetiya” tağımı Zaporojyenin Pyatixatka kəndində mühasirəyə düşüb.
Qeyd edək ki, bu, Gürcüstanın Cənubi Osetiya bölgəsindəki Rusiyanın müdafiə etdiyi separatçıların hərbi qruplaşmasıdır.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 220 450 hərbçisi məhv edilib.








