Ukrayna Radası Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkələyən simvolikadan istifadəyə görə 5 ilə qədər azadlığın məhdudlaşdırılması yaxud həbs cəzası nəzərdə tutulur.
7NEWS.Az Ukranews.com saytına istinadən xəbər verir ki, bu barədə 14 deputatın təklif etdiyi 7220 saylı qanun layihəsində təklif yer alıb.
Sənəddə Cinayət Məcəlləsinin Nasional sosializm və Kommunizm simvollarının hazırlanıb yayılması ilə bağlı 436-1 maddəsinə Rusiyanın Ukraynaya müdaxiləsinə dəstək ifadə edən simvollarının da əlavə edilməsi təklif olunur.
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dəstək ifadə edən simvollar – bayraqlar, təsvirlər, xatirə təsvirləri yaxud Rusiya hərbi texnikası üzərində işarələnən yazılar, atributların hazırlanması və yayılmasına görə cinayət məsuliyyəti tətbiq olunsun”, - deyə təklifdə bildirilir.
Təklif Radada təmsil olunan "Qolos”, "Xalqın xidmətçisi” və "Batkovşina” fraksiyaları tərəfindən təklif olunub.
7NEWS.Az








