RU
Ukraynada seçkilər: Vladimir Zelenski liderdir (YENİLƏNİB)
15:14
333

Ukraynada seçkilər: Vladimir Zelenski liderdir (YENİLƏNİB)

Ukraynada keçirilən prezident seçkilərinin ilk turunda səslərin 55,5 faizi hesablanıb. 

7News.Az xəbər verir ki, son nəticəyə əsasən, Vladimir Zelenski30,25 faiz səslə liderdir.

Hazırkı prezident Petro Poroşenko 16,54 faiz, Yuliya Timoşenko13,09 faiz, Yuri Boyko 11,51 faiz səs toplayıb.

Digər namizədlərə gəlincə, Anatoli Qritsenko 7,12, İqor Smeşko5,93, Oleq Lyaşko 5,13, Aleksandr Vilkul 4,24 faiz səs yığıb.

***09.30

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.

7News.Az xəbər verir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir. 

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.  
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ