7NEWS.az xəbər verir ki, Ukraynanın Rusiyanın nəzarətində olan Xerson vilayətində Dnepr çayı üzərində yerləşən "Nova Kaxovka” Su Elektrik Stansiyasına zərbə endirdikdən sonra regionda təhlükə artır. Məlumat verilib ki, suyun səviyyəsinin qalxmaqda davam etdiyi rayonda 2700 evi su basıb, 1300-dən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, təsərrüfatlara suyun verilməsində problemlər yaranıb, 7 nəfər itkin düşüb. Təxminən 42 min insanın risk altında olduğu hücumlardan sonra 1 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
7NEWS.az








