RU
Ukraynada videoregistratorlardan istifadə qadağan edilib
12:00
427

Ukraynada videoregistratorlardan istifadə qadağan edilib

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatı ilə əlaqədar olaraq avtomobil və motosiklet sürücülərinə videoregistratorlardan istifadə etmək qadağan edilib.

7NEWS.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Telegram”da məlumat verib.
"Qadağa ümumi istifadədə olan avtomobil yollarının, ümumi obyektlərin, infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin, istehkamların, müdafiə qüvvələrinin hərbi hissələrinin (bölmələrinin) yerləşməsi, cəmləşməsi və ya yerdəyişməsi ilə bağlı foto və video çəkilişlərə aiddir”, - deyə o bildirib.

Geraşenkonun sözlərinə görə, qadağa ölkənin bütün regionlarında keçərlidir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ