RU
Ukraynada yaralanan ABŞ əsgərləri Almaniyada müalicə alırlar
13:52
29

Ukraynada yaralanan ABŞ əsgərləri Almaniyada müalicə alırlar


Xəstəxananın sözçüsü Marcy Sanchez müalicə altında olan döyüşçülərin vəziyyətinin yaxşı olduğunu qeyd etdi, lakin ətraflı məlumat paylaşmadı.

7NEWS.az xəbər verir ki, Ukraynada yaralanan amerikalılar Almaniyada ABŞ Ordusunun Landstuhl Regional Tibb Mərkəzində müalicə alırlar. 19 aydır davam edən müharibədə 20-yə yaxın amerikalının həyatını itirdiyi bildirilərkən, hazırda xəstəxanada 14 nəfərin müalicəsinin davam etdiyi qeyd edilib. ABŞ-dan kənarda ən böyük hərbi xəstəxana olan 65 çarpayılıq Landstuhl Regional Tibb Mərkəzi illərdir Əfqanıstan və İraq kimi ölkələrdə yaralanan ABŞ əsgərlərinə xidmət göstərir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ