RU
Ukraynadan sığınacaq istəyən rus pilot öldürülüb
13:40
35

Ukraynadan sığınacaq istəyən rus pilot öldürülüb


7NEWS.az xəbər verir ki, Ukraynadan sığınacaq istəyən rus pilot İspaniyada güllələnərək öldürülüb. İspaniya mətbuatında çıxan xəbərlərdə ötən ilin avqustunda istifadə etdiyi Mi-8 tipli helikopterlə Ukraynaya sığınan rus pilot Maksim Kuzminovun vurularaq öldürüldüyü bildirilib. Kuzminovun cəsədinin fevralın 13-də İspaniyanın cənubunda, Alikante yaxınlığındakı Villajoyosa qəsəbəsindəki qarajda tapıldığı və Kuzminovun bədənində çoxlu güllə yaralarının olduğu bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ