RU
Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəlib
10:22
121

Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəlib

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar AZAL tərəfindən Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə Bakıya gətirilib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ