Ukrayna Türkiyə ilə azad ticarət sazişi imzalayacaq.
7NEWS.Az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Türkiyə ilə azad ticarət sazişi imzalayacağını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfəri və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.
Parlamentdə çıxış edən Zelenski Ukrayna iqtisadiyyatının sabitləşməyə başladığını da bildirib və Rusiyanın hücum təhlükəsi səbəbindən birliyə, o cümlədən panikaya düşməməyə çağırıb.
Zelenski həmçinin Rusiya, Fransa və Almaniya ilə sülh danışıqlarının növbəti raundunun tarixi ilə bağlı tezliklə razılıq əldə olunacağına da ümid etdiyini bildirib.
Zelenski əlavə edib ki, Ukrayna üç il ərzində silahlı qüvvələrini sayını 100 min nəfərə çatdıracaq.
7NEWS.Az








