RU
Ukraynalı deputat Krım körpüsünə hücumda iştirak edənlərin mükafatlandırılmasını təklif edib
13:30
141

Ukraynalı deputat Krım körpüsünə hücumda iştirak edənlərin mükafatlandırılmasını təklif edib

Ukrayna Ali Radasında Krım körpüsünə zərbə endirilməsində iştirak edənlərin mükafatlanması təklifi irəli sürülüb.
Bu təşəbbüslə qanunverici orqanın deputatı Oleksiy Qonçarenko çıxış edib.

O, Krım körpüsünə hücumu "Ukraynanın böyük uğuru” adlandırıb.

Bundan əvvəl Ukrayna Krım körpüsündə baş verən fövqəladə vəziyyətdə Kiyevin iştirakına eyham vurmuşdu. "RBC-Ukrayna” nəşrinin mənbələri hücumu Ukrayna dəniz qüvvələrinin və kəşfiyyat xidmətinin "xüsusi əməliyyatı” adlandırıb. Qondarma Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Kiyevdə törədilən terror aktına görə qisas almağa çağırıb.

Qeyd edək ki, artıq Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub. Bildirilib ki, Simferopol-Moskva qatarı Krasnodar diyarına yola düşüb. Körpüdəki partlayış nəticəsində ər-arvad ölüb, qızları isə yaralanıb. Daha əvvəl Krımının qondarma rəhbəri Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ