Ukraynanın II liqasında çıxış edən "Qostomel" klubunun futbolçusu Dmitri Martinenko Rusiyanın bombardımanı nəticəsində ölüb.
25 yaşlı yarımmüdafiəçinin paytaxt Kiyevdə yaşadığı evə mərmi düşüb.
Partlayış nəticəsində oyunçu ilə yanaşı, onun anası da həlak olub.
Qeyd edək ki, Dmitri Martinenko çempionatın ən yaxşı futbolçusu və bombardiri seçilib./report
7NEWS.Az








