RU
Ukraynalı keçmiş general Şaytanov 12 il müddətinə azadlıqdan məhrum edilib
21:07
504

Ukraynalı keçmiş general Şaytanov 12 il müddətinə azadlıqdan məhrum edilib

Kiyevin Şevçenkovski Rayon Məhkəməsi Ukraynanın Təhlükəsizlik Xidməti İdarəsinin sabiq general-mayoru Valeri Şaytanovu dövlətə xəyanətdə, terror aktına cəhddə və sursat saxlamaqda təqsirli bilib.

7News.Az "RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti İdarəsi və Baş Prokurorluğu məlumat yayıb.

O, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşları 2020-ci ilin aprelində xüsusi əməliyyatı nəticəsində V.Şaytanovu saxlayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ