Bu gün Parisdə “Normand dördlüyü”nün (Rusiya, Fransa, Almaniya və Ukrayna) növbəti görüşü olub.
Görüşdə Ukrayna XİN-i Pavel Klimkin öz ölkəsinin bayrağı önündə deyil, Avropa Birliyinin bayrağı önündə şəkil çəkdirmək istəyib. O, alman xarici işlər naziri Frank Valtern Ştaynmayerlə yerini dəyişmək istəyib.
Klimkin daha sonra Rusiya XİN-i Sergey Lavrovun “Yanaşı durmaq lazımdır” sözlərindən sonra öz ölkəsinin bayrağı önündə, rusiyalı həmkarı ilə yanaşı durub./qafqazinfo
7news.Az








