RU
Ukraynalı siyasətçi:
10:19
632

Ukraynalı siyasətçi: "Erməni deputatlar məni konyakla satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın hesab etməyim"

Ukraynanın xalq deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA ) "Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə" hesabatın müəllifi Vladimir Aryev bildirib ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib.

O, bu barədə öz "Facebook" səhifəsində yazıb.

"AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!", – deyə o qeyd edib.

Siyasətçinin sözlərinə görə, dinləmələrin sakit axarını Ermənistan təmsilçiləri pozublar.

"Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, "Aryevin nənəsi azərbaycanlıdır". İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır", – deyə Aryev bildirib.//report

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ