Moskva Patriarxlığının Ukrayna pravoslav kilsəsi Ukrayna hakimiyyətini eynicinsli seksual münasibətlərə dəstək verməkdə ittiham edib.
7News.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, kilsə Ukrayna Nazirlər Kabinetinin qanun layihəsini pisləyib.
Qanun layihəsinə "seksual oriyentasiya” və "gender eyniliyi” anlayışları daxildir.
"Dövlət öz vətəndaşlarını bircinsli seksual münasibətlərə həvəsləndirir. Onda ukraynalıları kim doğacaq? Dövlətimizin və doğma torpağımızın gələcəyi kim olacaq?” – deyə kilsənin baş keşişi bildirib.//publika.az
7News.az








