7NEWS.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu həftə ABŞ-a səfəri zamanı Rusiya ilə müharibəyə son qoymaq üçün müəmmalı qələbə planını liderlərə təqdim etməyə hazırlaşır. Müəmmalı planla bağlı ətraflı məlumat verməyən Ukrayna lideri planın Baydenlə, eləcə də ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla paylaşılacağını bəyan edib.








