RU
Ukraynanın üç keçmiş lideri
13:17
1253

Ukraynanın üç keçmiş lideri

Mövcud problemlərin həll yolları müzakirə olunacaq.

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko Bakıya gələcək.

7News.Az Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, sabiq prezidentlər komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda iştirak edəcəklər.

10-11 mart tarixində Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda nüfuzlu siyasi liderlər münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri, o cümlədən miqrasiya, multikulturalizm, inteqrasiya və digər qlobal əhəmiyyətli məsələləri geniş müzakirə edəcək, bu sahədə mövcud problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ