RU
Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorov oldu
20:06
84

Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorov oldu

Ukrayna Ali Radası Mixail Fyodorovun Ukraynanın müdafiə naziri vəzifəsinə təyin edilməsi barədə qərar çıxarıb.

Bu barədə qanunverici orqanın televiziya kanalında canlı yayımlanan iclasda bildirilib.

Məlumata görə, təyinatla bağlı qərarı 277 deputat dəstəkləyib.

Yanvarın 13-də Rada Fyodorovu baş nazirin birinci müavini və rəqəmsal transformasiya naziri vəzifəsindən azad edib. 34 yaşlı yeni müdafiə naziri bu vəzifədə Denis Şmıqalı əvəzləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ