RU
Ukraynaya xaricdən göstərilən hərbi yardımın məbləği açıqlanıb
21:10
627

Ukraynaya xaricdən göstərilən hərbi yardımın məbləği açıqlanıb

Bu günə qədər Ukraynaya təxminən 1,5 milyard dollarlıq hərbi müdafiə yardımı göstərilib.

7NEWS.Az-ın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş naziri Denis Şmiqal hökumətin iclasında deyib.
"Ukrayna bu gün siyasi, təhlükəsizlik və iqtisadi sahədə ən yüksək səviyyədə dəstək hiss edir. Biz bunu yüksək qiymətləndirir və Ukraynaya maliyyə və müdafiə dəstəyi verdiyinə, dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı sabit mövqeyinə görə beynəlxalq tərəfdaşlarımıza son dərəcə minnətdarıq. Tərəfdaşlarımız artıq Ukraynaya təxminən 1,5 milyard dollar məbləğində hərbi müdafiə yardımı göndəriblər. Bir sıra ölkələr Ukraynaya hərbi və maliyyə yardımı imkanlarını nəzərdən keçirir", - deyə Baş nazir bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ