Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki FNB stadionunda Nelson Mandelanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, konsertəd Beyonse Nouls və əri Cey Zi də qatılmışdılar.
Onlar bir neçə mahnı oxuyandan sonra səhnəyə Ed Şiran, Kris Martin, Aşer, Farrel Uilyms və başqaları çıxıblar.
Festivalın qonaqları arasında Opra Uinfori, Naomi Kemppbell, bir sıra dövlət və hökumət başçıları da vardı.
Nelson Mandela 2013-cü ilin dekabrın 5-də vəfat edib. Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti böyük humanist, azadlıq mübarizi və dünyanın ən nüfuzlu siyasətçilərindən biri idi. Aparteidə qarşı silahlı mübarizəyə başlamış N.Mandela 27 il həbsdə olmuşdu.
7News.Az











