Dünyanın bir çox şəhərlərində ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edilir.
7news.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Ankarada, Ulu Öndərin adını daşıyan parkda anım mərasimi keçirib.
Mərasimdə Türkiyə hökumətinin və parlamentinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, şəhərdə təhsil alan tələbələrimiz, Heydər Əliyev Məktəbinin şagirdləri, tanınmış elm və mədəniyyət xadimləri, diasporumuzun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Ulu Öndərin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub.
Rusiya Federasiyasının Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində də Ümummilli Liderin xatirəsi anılıb.
Anım mərasimində Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti bölməsinin sədri Ədalət Hüseynov, məktəbin rəhbərliyi, müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
7news.az











