RU
Ulu öndər Heydər Əliyev bu addımı ilə həmdə Rusiyadakı diasporumuzu birləşdirdi
22:58
715

Ulu öndər Heydər Əliyev bu addımı ilə həmdə Rusiyadakı diasporumuzu birləşdirdi

Sovet hökümətinin Bakıya ordu yeritmə qərarı o zaman Moskvada yaşayan həmvətənlərimizi bu haqsızlığa qarşı birləşdirmişdi. Ulu Öndər Heydər Əliyevin faciə ilə bağlı Moskvadakı məşhur bəyanatı isə dünya mətbuatında geniş yer almışdı. Bu barədə 7news.az saytına danışan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili ən böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Rusiyada, xüsusilə də paytaxt Moskvada 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlərin, anım mərasimlərinin keçirildiyini dedi: “O zaman proseslərin mərkəzində dayanan Moskva faciənin tarixində digər bir məqamla da yadda qalıb. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı bilavasitə imperiyanın mərkəzində, Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev verdi. 26 il öncə 19 Yanvar gecəsi Bakıda baş verən faciənin ertəsi günü aralarında ümumilli lider Heydər Əliyevin də olduğu yüzlərlə həmvətənimiz burda Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binası qarşısında toplaşmışdı. O zaman ulu öndər Heyder Əliyevin öz həyatını təhlükəyə ataraq sovet idarəçilərinin cinayət işlədiklərini açıq şəkildə bəyan etməsi bütün dünyada böyük reaksiyaya səbəb olmuşdu

T.Allahverdili Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsilə bağlı Azərbaycanın Moskvadakı daimi təmsilciliyindəki tarixi çıxışıyla həm də o vaxtacan bölünmüş durumda olan Rusiyadakı Azərbaycan diasporunun birliyi üçün də sağlam bir təməl qoyduğunu vurğuladı: “Ulu öndər Heydər Əliyev bu addımı ilə həmdə Rusiyadakı diasporumuzu birləşdirdi . Moskvada yaşayan həmvətənlərimiz arasında 26 il öncə baş verən o hadisələri xatırlayanlar az deyil. Qanlı faciənin 26-ci ildönümünü bu il daha geniş anım tədbirləriylə qeyd edildi . Hesab edirəm ki, sovet idarəçilərinin qanlı əməlləri barədə yerli sakinləri bir daha məlumatlandırmaq vacibdir. Bu məqsədlə çox sayda konfranslar və fotosərgilərin nümayişi keçrilməlidir

Qeyd edək ki, 20 Yanvar faciəsinin qurbanları Rusiyanın digər şəhərlərində də böyük anım mərasimləriylə anılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ