Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı ilə birlikdə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində "Heydər Əliyev-əməlləri ilə tarix yazan əbədiyaşar şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir.Konfransa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevə həsr olunmuş, Müəlifi Nicat Əjdər, Qiraətçi Azad Şükürovun hazırladığı "Şərəfli Ömür” adlı film nümayiş olundu.
Filmin yaradıcıları da yığıncaqda iştrak edirdilər.
Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Cənab Niyazi Bayramov bildirdi ki, Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Xalqının qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edərək, bu xidmətlərin nə qədər əhəmiyyətli olduğundan danışdıqdan sonra Elmi-nəzəri konfransın proqramına uyğun olaraq sözü məruzəçilərə verdi.
Sonra konfransın gündəliyinə əsasən söz məruzəçilərə verildi.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov "Heydər Əliyev-tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir.”, 40 saylı ərazi ilk partiya təşkilatının sədri Lalə Əsgərova "Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu.”, Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Esmira Cəfərova "Heydər Əliyev tariximizin qurucu xilaskar fenomeni.”, YAP Gənclər Birliyinin sədr müavini Eldar Dərişov "Azərbaycanın müasir inkişaf yolu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xəttin uğurlu davamıdır.” mövzusunda çıxış etdilər.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfrans iştirakçılarına minnətdarlığını bildirdikdən sonra konfrans öz işini başa vurdu.