Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır.
Aparıcı ARB TV-yə keçib.
Məlumatı telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov təsdiqləyib:
"Tamaşaçılar Ulvira Qarayevanı gələn həftədən etibarən ARB TV-nin efirində izləyə biləcəklər. Aparıcının hansı verilişi təqdim edəcəyini isə yaxın günlərdə açıqlayacağıq”.
Qeyd edək ki, yeni efir mövsümündən etibarən bir çox keçmiş ANS əməkdaşı ARB TV-yə keçib./olke.az
7News.Az








