RU
Umayra Tağıyeva:
15:40
676

Umayra Tağıyeva: "Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur"

"Ermənistan Oxçuçayın Azərbaycandan keçən hissəsini çirkləndirməkdə davam edir".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib: "Nazirlik tərəfindən Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Analizlər çayın üç müxtəlif istiqamətindən götürülüb. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntüsü üzərindən isə 180-dən çox nümunə analizlər götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5,5-7 dəfə çoxdur"./Report
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ