RU
Umberto Eko
10:16
978

Umberto Eko

O, semiotika sahəsində tədqiqatçı kimi məşhur idi.

İtaliyalı yazıçı və filosof Umberto Eko evində 85 yaşında vəfat edib.

7News.Az xəbər verir ki, bu barədə La Repubblica məlumat yayıb.

Umberto Eko semiotika sahəsində tədqiqatçı kimi məşhur idi, həmçinin tarixçi, eləcə də “Gülün adı”, “Fuko Mayatniki” və “Ərəfə adası” əsərlərinin müəllifi idi. O, həmçinin Böyük xaç və Fəxri Legion kavaleri adına layiq görülmüşdü.

Eko “açıq əsər nəzəriyyəsinin müəllifi hesab edilir, bu nəzəriyyəyə görə, oxucu yazıçının həmmüəllifinə çevrilir. Eləcə də ədəbiyyat və fəlsəfədə posmodernizmin əsas nümayəndələrindən biridir.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ