"Un dəyirmanlarında buğdaya insan orqanizmi üçün arzuolunmaz ağ maddə qarışdırırlar".
7News.az bildirir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı birliyə daxil olan müraciətlərin ardı-arası kəsilmir: "Həcmini şişirtmək, yaxud da yapışqanlıq vermək üçün una kimyəvi maddə qarışdırırlar. Ancaq o nə maddədir, haradan gətirilir, mənşəyi nədir - bilinmir".
E.Hüseynov məsələ ilə bağlı hələ ki dövlət qurumlarına müraciət etmədiyini bildirib: "Dövlət orqanları onsuz da seyrçi mövqedədirlər. Buna son qoymaq lazımdır. Biabırçılıqdır. Ölkədə çox böyük fəsadlar gözlənilir"./aznews.az
7News.az








