Yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxıb.
7News.Az xəbər verir ki, Rəsul Çunayev 1/16 final mərhələsində kubalı Migel Martines Palasio ilə qarşılaşıb.
Gərgin keçən mübarizənin sonunda Çunayev 4:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti görüşü saat 17:32-də Rusiya təmsilçisi İslambek Albiyevlə olacaq.
Qeyd edək ki, Çunayev ötən il I Avropa Oyunlarında və dünya çempionatında 71 kq. çəki dərəcəsində qızıl medal qazanıb. Bu olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvanımız aşağı çəkidə yarışır.








