RU
UNESCO ərəb xəttatlığını mədəni irs siyahısına daxil etdi
10:00
410

UNESCO ərəb xəttatlığını mədəni irs siyahısına daxil etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (UNESCO) ərəb xəttatlığını "Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edib.

Bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.

UNESCO ərəb xəttatlığını hamar yazı sənəti, harmoniya və gözəllik ifadəsi kimi xarakterizə edib.

Qeyd edək ki, Azərbaycandan UNESCO-nun sözügedən siyahısına 10-dan çox qeyri-maddi mədəni irs nümunəsi daxildir. İlk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ