Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 2023-cü ildə Myanmada mina və digər partlayıcı maddələrin partlaması nəticəsində 1052 mülki şəxsin həyatını itirdiyini bildirib.
7NEWS.az xəbər verir ki, UNİCEF-in verdiyi açıqlamada Myanmarda paytaxt Nepido istisna olmaqla, demək olar ki, bütün əyalət və bölgələrdə minaların olduğu və bunun təşviş doğurduğu bildirilib. Açıqlamada, 2022-ci ildə minalara görə 390 mülki şəxsin həyatını itirdiyi bildirilib. 2023-cü ildə Myanmada mina və digər partlayıcı maddələr səbəbindən 1052 mülki şəxsin həyatını itirdiyi və bu insanların 20 faizinin uşaq olduğu qeyd edilib.
7NEWS.az








