İraqın Mosul şəhərində partlayış törədilib.
7News.Az TASS-a istinadən xəbər verir.
Məlumata görə, hadisə universitet binası yaxınlığında qeydə alınıb. İçi partlayıcı maddələrlə dolu avtomobilin partladılması nəticəsində 1 nəfər həlak olub, daha 13 nəfər yaralanıb. Terror aktı zamanı universitetin binası da zərər çəkib.
Qeyd edək ki, daha əvvəl İraqda terrorçu kamikadzelər zərərsizləşdirilib.
7News.Az








