RU
Universitetdə partlayış, xeyli ölən və yaralı var
22:20
5363

Universitetdə partlayış, xeyli ölən və yaralı var

Suriyanın Latakiya şəhərində universitetin qarşısında partlayıcı qurğunun işə salınması nəticəsində 22 nəfər həlak olub.

7news.az anspress-ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 60 nəfər ağır yaralanıb.

Partlayışın səbəbləri haqqında məlumatlarda ziddiyətlər var. Versiyalardan birinə görə, bina qarşısında partlayan bomba avtomobildə olub. Başqa versiyaya görə, universitetə iki "Qrad" raketi atılıb.

Hadisə baş verən zaman ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış. Həmçinin iki məhlə kənarda - bağçada partlayıcı qurğu işə düşüb. Hazırda Latakiya hökumət qüvvələrinin nəzarəti altındadır.

Suriya televiziyasının məlumatına görə, hadisə üsyançı qruplaşmalardan birinin döyüşçüləri tərəfindən törədilib. Ancaq bunun məhz hansı qrup olduğu bilinmir.

Suriya dövlət televiziyasının məlumatına görə, atılan iki mərmi Tişrinsk universitetinin tələbə şəhərciyi yaxınlığında partlayıb. Latakiyada Suriya prezidenti Başar Əsədə yaxın olan ələvilərin böyük icması yaşayır. Bu region nisbətən təhlükəsiz hesab edilir və Latakiyada silahlı münaqişə son dərəcə nadir hallarda olur.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ