RU
Universitetlərin Qəbələyə köçürülməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA
14:12
889

Universitetlərin Qəbələyə köçürülməsi ilə bağlı - RƏSMİ AÇIQLAMA

Ötən gün mətbuatda Bakıda yerləşən bəzi universitetlərin Qəbələyə köçürüləcəyi ilə bağlı məlumat yayılmışdı. 

Məlumata görə,Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digər universitetlətlər şəhər kənarına və Qəbələyə köçürüləcəyi planlaşdırılıb. Buna səbəb isə paytaxtdakı sıxlığı aradan qaldırmaqdır.

Qaynarinfo.az məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, mətbuatda yayılan məlumatdan xəbərdardır: "Mətbuatda gedən məlumatlarla bağlı xəbərimiz var. Amma Təhsil Nazirliyi olaraq deyə bilərik ki, bizdə elə bir məlumat yoxdur".

Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyindən bildirilmişdi ki, hazırda Nazirlik "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq,  "Ali təhsil müəssisələri üçün kampusların yaradılması ilə bağlı Dövlət Proqramı"nın hazırlanması üzərində çalışır. Həmçinin nazirlik köçürüləcək universitetlər və onların mülkiyyətləri ilə bağlı məsələlərə Dövlət Proqramının təsdiqi və prioritetlərin müəyyən edilməsi zamanı baxılması nəzərdə tutulduğunu açıqlamışdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ