RU
Unudulmaz aktrisanın yubileyindən - Fotolar
16:19
863

Unudulmaz aktrisanın yubileyindən - Fotolar

Ötən gün Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirilib.

7News.Az xəbər verir ki, tədbir Azərbaycan prezidentinin Nəsibə Zeynalovanın 100 illik yubileyi haqqında sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları, sənətsevərlər iştirak edib. 

İştirakçılar əvvəlcə teatrın foyesində Nəsibə Zeynalovanın həyat və fəaliyyətindən bəhs edən, oynadığı rolların əks olunduğu fotosərgi ilə tanış olublar.

Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev unudulmaz aktrisanın həyat yoluna nəzər salıb.

Daha sonra Nəsibə Zeynalovanın rol aldığı filmlərdən, tamaşaların lent yazılarından kadrlar nümayiş olunub, oynadığı tamaşalardan parçalar göstərilib. 

Aktrisanın oğlu Cahangir Novruzov yubiley tədbirinin təşkilinə, Nəsibə Zeynalovanın xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

 

Unudulmaz aktrisanın yubileyindən - Fotolar
Unudulmaz aktrisanın yubileyindən - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ