RU
Uorlik: Məqsədimiz danışıqlar üçün zəmin yaratmaqdır
20:15
1253

Uorlik: Məqsədimiz danışıqlar üçün zəmin yaratmaqdır

Uorlik Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir.

Həmsədrlərin regiona təcili səfər etməklə bağlı planları yoxdur.

7news.Az xəbər verir ki. bu barədə APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Diplomat qeyd edib ki, həmsədrlər prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşməyə ümid edir:

“Bizim məqsədimiz hərtərəfli sülh razılaşmasına gətirib çıxara biləcək danışıqlar üçün zəmin yaratmaqdır”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ