RU
Uorlik Qarabağ münaqişəsindən danışdı
23:39
356

Uorlik Qarabağ münaqişəsindən danışdı

“Cəbhədə gərginliyin artması riskini azaltmaq lazımdır”.

2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırılır.

7news.az-ın xəbərinə görə, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Ceyms Uorlikin sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər:

“Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ