"ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsə riayət edilməsi üçün tərəflərlə fəal iş aparırlar”.
7News.Az Ermənistanın "Aysor” saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.
O bildirib ki, hərbi əməliyyatların azaldılması danışıqları mümkün edir. Həmsədrin sözlərinə görə, tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşdırılması, həmçinin ATƏT missiyasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməlidir: "Nyu-Yorkda Edvard Nalbandyan və Elmar Məmmədyarovla nizamlanmaya gətirə biləcək danışıqların davamı üçün atmosferi yaradacaq gələcək addımları müzakirə etdik”.
Uorlik həmsədrlərin yaxın vaxtlarda regiona səfər edəcəyini bildirib: "Həmsədrlər tərəfləri danışıqlar prosesinə mənfi təsir göstərə biləcək addımlardan uzaq durmağa çağırırlar”.








