RU
Ural çayının suları təhlükəli həddə qalxıb
14:03
87

Ural çayının suları təhlükəli həddə qalxıb


7NEWS.az xəbər verir ki, Keçən həftə xüsusilə Orenburq bölgəsində buzların əriməsi ilə başlayan sel Orsk şəhərindəki bəndin uçmasına səbəb olub, yüzlərlə insan təxliyə edilib.

Orenburq Hidrometeorologiya Mərkəzi bu gün səhər saatlarında açıqlama verərək, Ural çayında suyun səviyyəsinin bir gündə 25 santimetr artaraq 897 sm-ə çatdığını açıqlayıb.

Mütəxəssislər təhlükəli səviyyənin 930 sm olduğunu və suyun səviyyəsinin bu gün və sabah artaraq aprelin 10-da pik həddə çatacağını bildiriblər. Orskdakı bəndin partlamasından sonra bölgədə təxliyə və xilasetmə işlərini sürətləndirən Rusiya Fövqəladə Hallar Nazirliyi dünən bölgəyə əlavə birliklər göndərib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ